İcra başçısı təyin olunan Sevindik Hətəmov KİMDİR?backend

İcra başçısı təyin olunan Sevindik Hətəmov KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az Sevindik Hətəmovun dosyesini oxuculara təqdim edir:

Sevindik Hətəmov 1961-ci il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. O, 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirib.

1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.

S.Hətəmov 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil alıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə “Güzdək” daş karxanasında direktor, 1999–2005-ci illərdə “Güzdək-Günay” firmasında direktor vəzifəsində işləyib.

O, 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*