İdarəetmədən çıxan “AzSamand” qəzaya səbəb oldu: Xəsarət alan varbackend

İdarəetmədən çıxan "AzSamand" qəzaya səbəb oldu: Xəsarət alan var

Binəqədi rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb:

“Hadisə Ziya Bünyadov prospektində, saat 00:21-də baş verib. Sürücü Firudin Pərviz oğlu Novruzov 77-SR-657 dövlət nömrə nişanlı “AzSamand” markalı avtomobilin idarəetməsini itirərək 99-OT-778 dövlət nömrə nişanlı KIA markalı avtomobillə toqquşub. Baş verən hadisə nəticəsində “AzSamand” markalı avtomobildə olan sərnişin Elçin Ağabala oğlu Hacıyev xəsarət alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*