İsrail kəşfiyyat xidmətləri İrandan hücum olacağı təqdirdə ölkəyə nəzarət etmək üçün yeraltı bunker hazırlayıb. İddia edilir ki, baş nazir Binyamin Netanyahu dünəndən həmin bunkerdə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə Walla portalı yazıb.
Mənbə qeyd edir ki, bir neçə yüz nəfər üçün nəzərdə tutulan sığınacaq Qüds (Yerusəlim) ərazisində yerləşir. Buraya yaşayış yerləri olan ofislər və Müdafiə Nazirliyi ilə rabitə mərkəzi daxildir.
Bunker, həmçinin raket hücumlarından ciddi şəkildə qorunur.
Yeri gəlmişkən, Qüdsdə bunkerin hazırlanması ilə bağlı ilk xəbəri dünən İsrailin təhlükəsizlik xidməti (Şin Bet) yaymışdı.
Qeyd edilmişdi ki, müharibə zamanı ölkə rəhbərliyi uzun müddət orada qala biləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az