“İdeal”ın keçmiş sahibinə 8 il həbs cəzası İSTƏNİLDİ – MƏHKƏMƏbackend

“İdeal”ın keçmiş sahibinə 8 il həbs cəzası İSTƏNİLDİ - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib.

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*