“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Bu barədə KONKRET.az-a onun müdafiəçiləri məlumat verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə baxılacaq. İş üzrə ilkin baxış iclası aprelin 12-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.İsmayılov apellyasiya şikayəti verib.