İgityan: “Azərbaycan Ordusu Ermənistanın içərilərinə doğru irəliləyəcək”backend

İgityan: “Azərbaycan Ordusu Ermənistanın içərilərinə doğru irəliləyəcək”

“Türkiyə və Azərbaycanın real məqsədləri təkcə sözdə olanı əldə etmək deyil. Zəngəzur dəhlizinin açılması əsas məqsəd deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen İgityan deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın əsas məqsədi erməni dövlətçiliyinə son qoymaqdır. “Azərbaycan prezidenti birbaşa bəyan edir ki, Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Suveren Ermənistanın yaşayış məntəqələrini Azərbaycan toponimləri ilə göstərmək o deməkdir ki, İrəvan Azərbaycan şəhəridir. Belə bir ritorika Türkiyə-Azərbaycan müttəfiqliyinin əsl hədəfini göstərir. Başqa sözlə, Türkiyə və Azərbaycanın düşüncəsində Ermənistan olmamalıdır və dəhliz yalnız başlanğıcdır”, – deyə İgityan “Oragir” proqramının efirində deyib.

Ekspert bildirib ki, vəziyyət bu ssenari üzrə inkişaf edəcək: “Başlanğıc üçün Ermənistan yollara nəzarəti təmin etmək üçün Rusiya tərəfinin iştirakından imtina edəcək və bunun ölkənin suveren hüququ olduğunu göstərəcək. Bundan istifadə edən Türkiyə-Azərbaycan ittifaqı təxribat və toqquşmalara zəmin yaradacaq, bununla da “Ermənistan təhlükəsizliyin öhdəsindən gələ bilmir, ona görə də qoşunlarımız vətəndaşlarımızın təhlükəsizliyini təmin etməlidir” deməyə əsas yaranacaq. Rəsmi Bakı Azərbaycan qoşunlarının yerləşdirilməsi üçün ərazi tələb edəcək ki, bu da Ermənistana qayıdan azərbaycanlıların “təhlükəsizliyini” təmin edəcək və bununla da yerləşdirmə ərazisi zaman keçdikcə genişlənəcək”.

Sevinc Paşayeva,

KONKRET.az

  • Orkhan Sharif
    İyun 18, 2023 - 11:22

    Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*