İki boksçumuz Millətlər kubokunda qızıl medal qazandıbackend

İki boksçumuz Millətlər kubokunda qızıl medal qazandı

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir.

KONKRET.az xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, yarışın beşinci günündə final döyüşlərinə start verilib.

Həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib.

Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*