İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundubackend

İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Xankişiyev 5 il azadlıqdan məhrum edilib. Hökmə görə, o, 3 il avtomobil idarə etmək hüququndan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən il baş verib. “Hyundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*