İki ölkə arasında hərbi əməliyyatların riski artır – Ermənistan etiraf etdibackend

İki ölkə arasında hərbi əməliyyatların riski artır – Ermənistan etiraf etdi

“Türkiyə-Azərbaycan tandeminin Ermənistana qarşı gözlənilən hərbi eskalasiyasının birbaşa əlamətləri Türkiyə rəsmilərinin hədələyici ritorikasının yenidən başlaması ilə gözə çarpır”.

KONKRET.az-ın xəbərinə görə, erməni politoloq Arman Abovyan vurğulayıb ki, “Türkiyənin xarici işlər naziri Hakan Fidan ikinci həftədir ki, Türkiyənin Ermənistanın Sünik bölgəsinin ilhaqı ilə bağlı planlarını müxtəlif platformalarda davamlı şəkildə dilə gətirir və bu planları “Zəngəzur dəhlizinin açılması ilə regional kommunikasiyaların şaxələndirilməsi” adlandırır.

Onun sözlərinə görə, “İran ənənəvi olaraq Türkiyənin xarici işlər naziri Fidanın bu sözlərinə reaksiya verib, belə ki, İran İnqilabı Keşikçiləri Korpusunun general-leytenantı Hüseyn Səlami artıq bəyan edib ki, regional sərhədlərdə istənilən dəyişiklik İranın milli maraqlarına təhlükə yaradır və iranlılar vəziyyəti gərginləşdirmək cəhdlərinə “laqeyd baxmayacaqlar”. Beləliklə, ehtimal olunan hərbi eskalasiyanın bütün əlamətləri göz qabağındadır.

Üstəlik, bunlar o qədər açıqdır ki, hətta Ermənistanın Azərbaycanpərəst hakimiyyət orqanları da iki ölkə arasında hərbi əməliyyatların bərpası riskini etiraf etməyə məcburdurlar”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*