ABC News iki mənbəyə istinadla xəbər verir ki, ABŞ iki strateji B-2 bombardmançı təyyarəsini Alyaskadakı Elmendorf-Richardson hava bazasına yerləşdirib. Bu addım Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın yaxınlaşan görüşü öncəsi atılıb.
KONKRET.az xəbər verir ki, sözügedən stels-bombardmançılar ABŞ-ın iyun ayında İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi “Midnight Hammer” əməliyyatında da istifadə olunmuşdu.
B-2 təyyarələri ABŞ-ın güc rəmzi hesab olunur: bu təyyarələr dünyanın ətrafında dayanaksız uçuş edə bilir və həm adi, həm də nüvə silahı daşıya bilirlər.
Pentagon ABC News-in şərh tələbinə cavab verməyib.
Natiq Səlim,
KONKRET.az