İki ulduzlu general narkotik mafiyasının lideri elan edildibackend

İki ulduzlu general narkotik mafiyasının lideri elan edildi

Bir neçə həftə əvvəl vəzifəsindən uzaqlaşdırılan İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri admiral Əli Şamxani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) gizli himayəsi altında fəaliyyət göstərən iri narkobaron Naci Şərif-Zindaştidən aylıq 3,5 milyon dollar rüşvət alıb.

KONKRET.az xəbər verir ki, bu sensasion bəyanatla Londonda yerləşən İran Beynəlxalq telekanalı çıxış edib. Onun mənbəsi bildirib ki, Zindəşti milyonlarla rüşvətlə yanaşı, şəxsən ayda bir dəfə Şəmxanıya narkotik çatdırıb.

Şamxaninin Zindəşti ilə əlaqəsinin Ali Dini Lider Əli Xameneinin keçən ay admiralı işdən çıxarmasının səbəblərindən biri olduğu bildirilir. İran Beynəlxalq telekanalının mənbəsi bildirib ki, Şamxani-Zindəşti tandemi və onların yaxın ətrafı narkotik ticarəti və tranzitinə nəzarət edən İİKK-nın “dostlar klubu”nun üzvləridir. Onun tərkibinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli məmurları, İran Ali Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli üzvləri, həmçinin Tehran bələdiyyəsinin rəhbərləri və parlament üzvləri daxildir.

ABŞ Dövlət Departamentinin Narkotiklərə Nəzarət üzrə hesabatında bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu narkotiklərin qanunsuz dövriyyəsi və tranzitindən hər il on milyardlarla dollar gəlir əldə edir. Bu pullar İranın etibarlı nümayəndələrinin Yaxın Şərqdəki fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən əsas mənbələrdən biridir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*