İkinci Dünya Müharibəsi əslində bu saatda BAŞLAYIBbackend

İkinci Dünya Müharibəsi əslində bu saatda BAŞLAYIB

Arxiv sənədləri göstərir ki, İkinci Dünya Müharibəsi saat 03:15-də başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federal Arxiv Agentliyinin (Rosarxiv) rəhbəri Andrey Artizov “Böyük Vətən Müharibəsi. 22 iyun 1941-ci il – 19 noyabr 1942-ci il” tarixi sənədli sərgisinin açılışında bildirib:

“Tarixi həqiqəti üzə çıxarmaq üçün belə sərgilər keçirilir. Sovet tarixşünaslığında müharibənin səhər saat 4:00-da başladığı bildirilir. Sənədlər göstərir ki, əslində, 45 dəqiqə əvvəl, səhər saat 3:15-də sovet şəhərlərinin bombalanması başlayıb”.

Qeyd olunub ki, sərgidə Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin idarə arxivlərinin fondlarından 400-ə yaxın sənəd nümayiş etdirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*