İkinci turda Kılıçdaroğlunun kampaniyasına onlar rəhbərlik edəcəkbackend

İkinci turda Kılıçdaroğlunun kampaniyasına onlar rəhbərlik edəcək

Türkiyədə 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıq işləri gedir. 

KONKRET.az xəbər verir ki, “Millət İttifaqı”nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun bu tur üzrə seçki kampaniyası ilə bağlı vacib detal məlum olub.

Belə ki, seçki kampaniyasını İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və CHP-nin İstanbul vilayət təşkilatının rəhbəri Canan Kaftancıoğlu idarə edəcək.

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*