IL-76 sərhədə yaxınlaşdı və… – Ermənistan nə planlaşdırır?backend

IL-76 sərhədə yaxınlaşdı və... – Ermənistan nə planlaşdırır?

Bu gün Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus IL-76 tipli hərbi nəqliyyat təyyarəsinin bölgədə fəaliyyəti qeydə alınıb.

KONKRET.az xəbər verir ki, təyyarə Ermənistan hava məkanından havaya qalxdıqdan sonra İran və Azərbaycanla sərhədə doğru istiqamətlənib. Uçuş marşrutu sərhəd yaxınlığında davam etdikdən sonra, naməlum səbəblərdən geri dönərək Ermənistan ərazisinə qayıdıb.

Təyyarənin uçuş məqsədi və bölgədəki fəaliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. Bu cür hərəkətlər regionda təhlükəsizlik və sabitlik məsələlərini gündəmə gətirir.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*