Konkret.az qalmaqallı yazıları ilə tanınan Elşad Baratın korrupsiyaya uğrayan məmulrarla bağlı statusunu təqdim edir: “Tez-tez mətbuatda oxuyuruq ki, filan məmurun var-dövlətinin siyahısı yayıldı, sərvəti üzə çıxdı. Çoxu da bir-birini vurmaq üçün mətbuata məlumat ötürür. Bəzilərinin siyahısına

şəxsən baxmışam. İlahi, bizim məmur nə qədər acgöz olarmış? Ayə, belin qırılsın, uzağı 120 il yaşayacaqsan da, neynirsən bu imperatorluğu?
Fikir verirsinizsə, məmurlar bir-birinin acığına daha çox sərvət yığırlar. Məsələn, mən bir yazıçı dostumla görüşəndə danışırıq ki, filan əsər belə getdi, filan kitabım gələn il çap olunacaq. Məmurlar görüşən də isə dialoq təxminən belə olur: Parisdəki restoranlar şəbəkəmin aşpazlarını dəyişəcəm, o gün birində yemək yedim, bildirçin dilindən kotlet yaxşı bişməmişdi. O biri: “mənim itim də daha qaz kababı yemir. Gərək quzu verəm”.
Mən bu adamlarda günah görmürəm. Çünki robotlaşıblar. Məni narahat edən məsələ özünə xalq yazıçısı, xalq şairi, mədəniyyət xadimi, incəsənət mütəfəkkiri, akademik adlandıran bədbəxtlərdir. Hələ bu adamların arasında sərvət düşkünü olan jurnalistlər də var”.