Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
“İl ərzində Xocalı, Xankəndi sakinləri öz evlərinə qayıdacaq. Bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq”, – deyə dövlət başçısı bildirib.