“İlham Əliyev ömürlük Azərbaycan xalqının konstitusion lideri olsun” – Zəfər Günündə UNİKAL TƏKLİFbackend

“İlham Əliyev ömürlük Azərbaycan xalqının konstitusion lideri olsun” – Zəfər Günündə UNİKAL TƏKLİF

Bu gün Aərbaycan xalqı Zəfər Gününü böyük çoşğu ilə qeyd edir. Artıq Azərbaycan xalqı öz əzəli və əbədi torpaqlarını düşmən tapdağından azad edərək, öz ərazi bütövlüyünü təmin edib.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki,  Azərbaycan xalqı 200 il ərzində torpaq itkiləri və faciələrdən sonra ilk dəfə böyük qələbə əldə etdi. Bu, 44 günlük Vətən müharibəsi kimi tarixə düşdü: “Bu tarixi qələbə xalqımızın qəhramanlığını göstərdi. Postdam – Yalta dünya nizamında ərazi bütövlüyünü təmin edən ilk dövlət kimi tarixə düşdük. Yeni müharibə texnologiyalarından istifadə edən ilk dövlət olmaqla bəşər tarixində yeni döyüş taktikasının əsasını qoyduq. Eməni xülyasına zərbə endirərək onların mənəvi çöküşünün əsasını qoyduq. Ermənilərdən maşa kimi istifadə edən bir sıra dövlətlərin məqsədlərini alt-üst etdik. Regionda 2 əsr mövcud olan geosiyasi konfiqurasiyanı yenisilə əvəzlədik”.

Vətəndaşlıq istəyən kasıb Xankəndi sakinləri: Yeni plan, yoxsa fürsət  arayışı?

Zaur Məmmədov Qələbə günündə Referendum və Konstitusiyaya  dəyişikliklər haqqında təklif irəli sürüb: “Məlum olduğu kimi region yeni tarixi mərhələyə qədəm qoyur. Hazırda Azərbaycan Avrasiyanın orta xəttində geosiyasi və geoiqtisadi nizamı dəyişən kifayət qədər ciddi addımlar atmaqdadır. Yaxın vaxtlarda London- – Pekin orta xətti yeni layihələrlə yadda qalacaq. Sözsüz ki, bölgələrdə geosiyasi və geoiqtisadi inqilab eyni anda baş verməkdədir. İlk baxışdan hiss edilməsə də, son zamanlar ölkəmizə qarşı müxtəlif istiqamətlərdən edilən təzyiqlər, yeni vəziyyət və gələcəkdə veriləcək qərarlarla bağlıdır. Öz növbəsində, Belarusda və Qazaxıstanda baş verənlər MDB məkanında Vaşinqton- Moskva arasında “siyasi alverin” növbəti mərhələsi kimi BM kitablarında həkk ediləcək. Region ətrafında baş verənlər, ölkəmizin üzləşdiyi daxili çağırışları və Vətən müharibəsindən sonra yaranan yeni vəziyyəti, cəmiyyətin bütün qatlarında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya olan inam və etibarı nəzərə alaraq, Müzəffər lider İlham Əliyevin ömürlük Azərbaycan xalqının konstitusion lideri olmasını təklif edirəm”.

Politoloq əlavə edib ki, yeni reallıqları nəzərə alaraq Konstitusiyaya dəyişikliklər, dövlət orqanları sistemində yeni strukturun yaradılması istisna edilməməlidir: “Misal üçün, hakimiyyətin institutları sırasında ən yüksəkdə olacaq Dövlət Şurası və onun ömürlük Sədri postu yaradıla bilər. Prezident və Baş nazirin Konstitusiyadakı rollarında bir qədər dəyişikliklər. Referendum vasitəsilə tətbiq ediləcək dəyişikliklər parlamentin də yenilənməsini ehtiva etməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*