İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdibackend

İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

KONKRET.az-ın məlumatına görə, telefon söhbəti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

İlham Əliyev bu dəvəti məmnunluqla qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*