Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncama əsasən, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;
Həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Uwax pulu
Usaq pulu verilmelidir onlar bizim geleceyimizdir
30illik Qarabag problemi hell olundu cox wukur.
Bidene bu usag pulu problemide hell olsaydi usaglarmiz saglam boyuyerdi.
Teleb edirikki heray usag pulu verilsin
Negeder bu movzu uzre muracietler olunub,gundeme gelib,muzakireler gedib ama baxilmir,reallawmir((
Uşaq pulu. Bəzi məmurlar uşaqlara pul verilməsinə qarşıdır. Amma müharibə vaxtı şəhid olan onların yox, kasıbların igid oğullarıdır. Cənab Ali Baş Komandan bunu ancaq siz həll edə bilərsiz.
Salam Cənab Prezident İlham Əliyev uşaqlara uşaq pulu verilsə çox yaxşı olar