İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMAbackend

İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMA

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə reallaşan səfəri geniş müzakirə edilib. Səfərin məqsədinin qardaş ölkəyə ən yüksək səviyyədə dəstək nümayiş etdirilməsi olsa da, tərəflərin regionda və dünyada baş verən digər mühüm mövzuları müzakirə etdikləri haqda siyasi şərhçilər tərəfindən fikirlər səsləndirilir. Bəs görəsən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsasən hansı məsələləri müzakirə etmək ehtimalı daha yüksəkdir?.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İlham Əliyev əsasən baş verən faciə ilə bağlı Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu göstərmək məqsədilə Türkiyəyə səfər edib: “Amma bununla yanaşı “zəlzələ diplomatiyası”  davam edir. Belə ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfərlər edib. Gözləntim o idi ki, baş nazir Nikol Paşinyan da Türkiyəyə gedəcək və burada Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq. Azərbaycan Prezidentinin Türkiyəyə bir qədər gec səfər etməsi də yəqin ki, bununla bağlı idi. Amma bu, mümkün olmadı və Brüssel görüşü ortalığa atıldı. Bundan sonra məlum oldu ki, nə Avropa, nə də ABŞ tərəflərin üçtərəfli görüşün Türkiyədə keçirilməsini istəmir”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq - 25.02.2016, Sputnik Azərbaycan

Politoloq hesab edir ki, Azərbaycan Prezidentinin  Türkiyəyə səfəri həm də Brüssel görüşünün detallarının müzakirəsinə həsr olunub: “Eyni zamanda Rusiyanın regionda nüfuzunun azalması da Türkiyə və Azərbaycan Prezidentlərinin müzakirə mövzusu ola bilər. Artıq danışıqlarda Rusiyanın irəli sürdüyü məsələlər və gizli müdaxilələr işə yaramır. Əvvəllər ortalıqda sülh müqaviləsinin imzalanması istiqamətində iki sənəd mövcud idi. Bunlardan biri Vaşinqton, digəri isə Kremlin sənədi hesab olunurdu. Amma indi yalnız Vaşinqton sənədi üzərində danışıqlar aparılır və bu, Azərbaycanı qane edir. Bu, Rusiyanın regionda fəallığının zəifləməsi deməkdir. Ona görə də,  Rusiyanın zəifləməsi fonunda Türkiyənin hansı addımlar atacağı, özünü necə aparacağı ilə bağlı məsələlər Prezidentlərin görüşündə müzakirə olunub”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərindəki qardaşlıq  əbədidir: “Hazırda Avrasiyanın orta xəttində inqilabi proseslər getməkdədir. Və bu proseslərin mərkəzində coğrafi cəhətdən Türkiyə yerləşdiyindən, nəqliyyat-kommunikasiya, geosiyasi və hərbi istiqamətlər bu və ya digər şəkildə həm də Ankaradan asılıdır. Təəssüflər olsun ki, qardaş ölkədə baş verən zəlzələ  həmin prosesləri bir qədər təxirə saldı. Belə bir vaxtda Azərbaycan həmişəki kimi Türkiyənin yanında oldu. Səfər çərçivəsində çox güman ki, iki ölkə qarşısında dayanan çağırışlar, tərəflərin etməli olduğu işlər, Qafqazdakı proseslər müzakirə edilib. Bundan sonra da qarşılıqlı kordinasiya şəklində Azərbaycan və Türkiyə regional təhlükəsizlik və sülh mövzularında birgə addımlayacaqlar”.

Isvec ve Finlandiya Ukraynanin taleyini yasaya biler? -

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*