Müdafiə Nazirliyinin İstirahət Evinin rüşvət ittihamı ilə həbs edilmiş rəisi İlham Haqverdiyev ev dustaqlığına buraxılmasını istəyir.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayorun vəkili müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatət verib.
Bakı Hərbi Məhkəməsi cinayət işi üzrə ibtidai istintaqın yeni başlanmasını, işdə dəyişən hal olmadığını əsas gətirərək vəsatəti təmin etməyib. Mayorun həbsinin davamına qərar verilib.
Qeyd edək ki, İ.Haqverdiyev ötən ay Hərbi Prokurorluq tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. O, rəhbərlik etdiyi İstirahət Evinin işçilərindən rüşvət almaqda ittiham olunur.
