İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürdübackend

İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürdü

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürüb.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs dövlət sərhədini pozmaq istəyərkən açdıqları atəş nəticəsində baş leytenant Samir Elmar oğlu Eyvazov və kiçik gizir Fərid Elçin oğlu Alimov şəhid olmuşdu.

Əslən Tovuz rayonundan olan şəhid baş leytenant Samir Eyvazovun bir azyaşlı qızı var.

Professor İlham Rəhimov şəhidimizin ailəsini himayəyə götürüb. Həmçinin şəhidin əmanəti olan qızı 18 yaşına çatana qədər İlham Rəhimov tərəfindən onun anasının bank hesabına hər ay mütəmadi olaraq vəsait köçürüləcək.

Qeyd edək ki, İlham Rəhimov 5 şəhid ailəsini himayəyə götürüb.

Onlar arasında Tovuz hadisələrinin ilk şəhidlərindən biri, rayonun Ağdam kənd sakini olan Elşad Məmmədovun iki azyaşlı övladı və ailəsi də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*