Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraflar edib.
KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda “Retro Baku” verilişinə müsahibəsində danışıb.
O bildirib ki, oğlu Ələkbərin toyunda İ.Quliyeva ona müğənni Xatirə İslama görə sərt sözlər deyib:
“Oğlumun toyuna İlhamə xanımı dəvət etdim. O, toyda günümü qara əskiyə bükdü. Dedi ki, Xalq artisti Nazpəri Dostəliyevanı, Xatirə İslamı və Xuraman Şuşalını niyə toya dəvət etmisən? Çağırdı məni və orada üstümə qışqırdı. Amma ölümünə yaxın başındakı tacını Xatirə İslamın başına qoydu”.
Adı çəkilən müğənni haqda heç bir halda danışmaq istəməzdim.Çünki o qadında eqo hissi çox yüksək olub,özündən başqa kimsəni bəyənməyiməyib.Özündən razı olanları sevmirəm.Bir neçə ifasını bəyənirdim-“Kaman kimi”, “Yaşın nə fərqi var ki…”Əlinə mikrafon düşəndə bir neçə xanım müğənni kimi ancaq özünü tərif edərdi.Sonda Xatirə İslamın başına tacını qoydu.Bəs özünün iştirak etdiyi toya Xatirə İslamın niyə çağırıldığını demişdi.Özünü deyəsən gerçək bir “madonna” hesab edirmiş.Bütün hallarda bunlar qadına yaraşan xüsusiyyətlər deyil.