Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı şok iddia yayılıb.
KONKRET.az “Səni axtarıram” verilişinə istinadən məlumat verir ki, Orxanın həbs olunmadığını bildirib.
O, deyib ki, onun iki pasportu – biri saxta, digəri isə əsl sənədi olub. O. Nadirovun sərhədi keçməsi ilə bağlı heç bir məlumatın olmadığını qeyd edib.
Orxanın anası isə “Orxan mənə 8 ayda bir dəfə də olsun zəng etməyib. Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı məndə almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım”, – deyə, vurğulayıb.