“İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”– Armen Qriqoryanbackend

“İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”– Armen Qriqoryan

“Əgər Azərbaycan müsbət reaksiya versə, o zaman ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib:

“Hər şey Azərbaycandan asılıdır, Ermənistan sülh səylərini davam etdirir və bununla bağlı addımlar atır”, – deyə Qriqoryan İrəvanın günahsızlığına diqqət yönəltməkdən və riyakarlıq etməkdən çəkinməyib.

HAŞİYƏ: Görünür Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycanın öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini, yalnız Ermənistanın separatçı fəaliyyəti səbəbindən sülh müqaviləsinin imzalanmasının hələ də mümkün olmadığını unudub. Yaxud da Qriqoryana bunları xatırlamaq sərf etmir. Azərbaycan hər zaman bəyan edib ki, Ermənistan imzalanan üçtərəfli razılığa uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, ərazi bütövlüyümüzü tanısa və Qarabağdakı separatçıları oradan çıxarsa, bu zaman sülh müqaviləsinin imzalanması mümkündür.

Qeyd edək ki, Qriqoryan öz fikirləri ilə sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sərgilədiyi mövqeyi alt-üst edib. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi  Azərbaycanı Laçın dəhlizini bağlamaqda və blokada yaratmaqda günahlandırıb. Qriqoryanın və onun kimi düşünən Ermənistan rəsmilərinin erməni xislətinə uyğun fikirləri  və əsassız ittihamları təbii ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini mümkünsüz edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*