İlk “ağıllı” dayanacaq quraşdırıldı – FOTObackend

İlk “ağıllı” dayanacaq quraşdırıldı - FOTO

Belarusun paytaxtı Minskdə “Nemiqa” metro stansiyasının yaxınlığında sərnişinlər üçün ilk interaktiv çoxfunksiyalı dayanacağın quraşdırılması başa çatıb. Konkret.az Belarus mediasına istinadən xəbər verir ki, dayanacaq 40 kvadratmetr ərazini əhatə edir. Şarj cihazı üçün dörd cərəyan yeri, Fövqəladə Hallar Nazirliyi və ya polis üçün təcili çağırış düyməsi, taksi çağırışı üçün ekran, bir bankomat və məlumat köşkü və Wi-Fi var. İctimai nəqliyyatdan istifadə edənlər toxunma panelində nəqliyyat cədvəlini görə bilər və hətta göstərilən parametrlərə uyğun olaraq marşrutunu da müəyyən etməkdə çətinlik çəkməz.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*