İlk dəfə AÇIQLANDI: ABŞ-ın yeni müdafiə sistemi “Golden Dome” – Nəyə qadirdir?backend

İlk dəfə AÇIQLANDI: ABŞ-ın yeni müdafiə sistemi “Golden Dome” - Nəyə qadirdir?

ABŞ Kosmik Qüvvələrinin generallarından biri olan və Prezident Donald Tramp tərəfindən “Golden Dome” müdafiə sisteminin hazırlanmasına nəzarət etmək üçün təyin edilmiş general Maykl Gatleyn yeni layihə ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, general Gatleyn bu sistemin ölkənin müdafiəsi baxımından mühüm addım olduğunu bildirib:

“Golden Dome — bu, cəsarətli və aqressiv yanaşmadır. Məqsədimiz prosesi sürətləndirmək və vətənimizi rəqiblərimizdən qorumaqdır. Biz övladlarımızı və onların da övladlarını qorumağa borcluyuq”.

“Golden Dome” sistemi ABŞ-ın strateji müdafiə təşəbbüslərindən biri kimi təqdim olunur və kosmosda yerləşdiriləcək komponentləri əhatə edir. Layihənin əsas hədəfi mümkün raket və hava hücumlarını öncədən müəyyən edərək, ölkənin hava və kosmik təhlükəsizliyini təmin etməkdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*