İlk fransız ordusu əsgərləri Nigeri tərk etməyə başlayıb.
KONKRET.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.
“İlk gedişlər başlayıb. Onlar plan üzrə gedir, koordinasiya davam edir”, – məlumatda deyilir.
Sentyabrın sonunda Fransa prezidenti Emmanuel Makron Fransa ordusunun 2023-cü ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlamışdı.
Qeyd edək ki, Nigerdə iyulun 26-da bir qrup hərbçi qiyam qaldıraraq, prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib.
Ariz Həsənoğlu,
KONKRET.az