Amerikalı milyarder İlon Mask Şərqlə Qərb arasında qarşıdurmanın davam edəcəyi təqdirdə bəşəriyyət üçün ən pis ssenaridən danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o “Fox News”-in keçmiş aparıcısı Taker Karlsonun suallarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, “Məncə, ən vacib sual budur: “Biz III Dünya Müharibəsindən necə qaçırıq?”Çünki müxtəlif konfliktlərə baxsanız… onlar sivilizasiya riskləri yaratmır. Üçüncü Dünya Müharibəsi bizim qurtula bilməyəcəyimiz sivilizasiya riskidir. Beləliklə, mən düşünürəm ki, biz III Dünya Müharibəsinin qarşısının alınmasını prioritet etmək istəyirik; Bu, bizim üçün həqiqətən çox vacibdir”.
Mask həmçinin xəbərdarlıq edib ki, hətta kiçik görünən münaqişə də dərhal həll edilmədiyi təqdirdə qlobal böhrana çevrilə bilər.
“Heç kim Üçüncü Dünya Müharibəsini gözləmir, ona görə də bunun yenidən baş verə biləcəyini düşünməliyik. Və hər şey nəzarətdən çıxanda, bizdə I və II Dünya Müharibələrini çox üstələyən dağıdıcı böyük qlobal münaqişə yaranır”, – deyə o əlavə edib.
Natiq Səlim,
KONKRET.az