İlon Mask SƏRT DANIŞDI: “Onların hamısını alaq otu kimi məhv etmək lazımdır”backend

İlon Mask SƏRT DANIŞDI: "Onların hamısını alaq otu kimi məhv etmək lazımdır"

“ABŞ-ın bir çox hökumət idarələri alaq otları kimi tamamilə məhv edilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib.

O bildirib ki, hazırda ABŞ-da bir-birinə müdaxilə edən həddən artıq müxtəlif dövlət qurumları var.

“Mən hesab edirəm ki, şöbələri tamamilə yox etmək lazımdır. Lakin bu, alaq otları ilə mübarizə aparmaq kimi bir şeydir. Kökləri çıxarmasaq onlar yenidən böyüyəcəklər. Ona görə də, onların bir çoxunun tamamilə çıxarılması lazımdır”.

O qeyd edib ki, bu cür tədbirlər çox güman ki, yerdə qalan idarələrin üzərinə düşən yükün artmasına gətirib çıxaracaq. Lakin bu, düzgün istiqamətdə atılmış addımdır və ölkənin yüz illərlə davam edəcək inkişafının əsasını qoyacaq.

“Hazırda Birləşmiş Ştatlarda təxminən 450 departament var. Bu, ölkənin yaranmasından bəri hər il üçün təxminən iki yeni departamentin açılması deməkdir. Bəs dövləti idarə etmək üçün neçə struktur lazımdır?” – deyə Maskv vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*