Amerikalı milyarder İlon Mask Apple və Google şirkətləri “App Store” və “Google Play” ilə işləyən cihazlar üçün “Twitter” tətbiqini əlçatan etməyəcəyi təqdirdə, öz smartfon modelini buraxacağına söz verib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə iş adamı tviterdə yazıb.
“Ümid edirəm ki, belə bir şey olmayacaq. Amma başqa seçimim olmasa, alternativ telefon yaradacam. Marsa uçmağa raketlər hazırlayan bir insan üçün sadə kiçik smartfonu buraxmaq çətin olmayacaq”, – deyə Mask bildirib.
Qeyd edək ki, oktyabrın 27-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
İqbal Rzayev,
KONKRET.az