İlon Maskdan Trampa gözlənilməz zərbə – Respublikaçılar üçün ciddi təhdidbackend

İlon Maskdan Trampa gözlənilməz zərbə – Respublikaçılar üçün ciddi təhdid

“Artıq yetərincə iş görmüşəm” – Mask siyasi səhnədən çəkilir

Amerikalı milyarder İlon Mask siyasi fəaliyyətlərini və maliyyə dəstəyini əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Qətərdə keçirilən İqtisadi Forumda çıxış edən Mask bu qərarını belə əsaslandırıb:

Bloomberg Milyarderlər İndeksinə görə, xalis sərvəti təxminən 375 milyard dollar olan Mask 2024-cü il seçki dövründə siyasi təşəbbüslərə 250 milyon dollardan çox vəsait sərf edib. Bu məbləğ, ABŞ-da digər bütün donorların xərclərini geridə qoyur. Qeyri-rəsmi məlumata görə, bu vəsaitin əsas hissəsi Prezident Donald Trampın seçki kampaniyasına yönəldilib.

Tramp prezident seçildikdən sonra Maskı federal idarə aparatında islahatlar aparmaq məqsədilə yaradılan Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbər təyin edib. Mask bu çərçivədə Ağ Evin Qərb Qanadında ofis alıb, rəsmi görüşlərə qatılıb və hətta gecəni prezident iqamətgahında keçirib. O, Tesla Inc-in baş direktoru vəzifəsini saxlayaraq eyni zamanda dövlət qulluğunda da fəaliyyət göstərib.

Lakin Maskın dövlət qurumlarında ixtisarlarla bağlı apardığı islahatlar ABŞ ictimaiyyətində ciddi narazılığa səbəb olub. Onun barəsindəki neqativ münasibət son aylarda rekord səviyyəyə çatıb. Nəticədə, aprel ayından etibarən Tramp Maskın siyasi səhnədən kənarlaşdırılmasına qərar verib.

Siyasi analitiklərə görə, Maskın siyasətdən çəkilməsi 2026-cı il aralıq seçkiləri ərəfəsində həm Tramp, həm də Respublikaçılar Partiyası üçün ciddi itki ola bilər. Çünki Maskın maliyyə və texnoloji resursları, eləcə də populyarlığı, Trampın seçki strategiyasının əsas dayaqlarından biri hesab olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*