Tanınmış sahibkar İlon Maskın atası Errol Mask Rusiyanın şəhərsalma planına heyran olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə oktyabrın 29-da “İvideon It” şirkətinin Moskva ofisində çıxışı zamanı bildirib.
“İxtisasca və təhsillə əlaqədar olaraq mühəndis kimi Moskvadayam. Təbii ki, Kazanda küçələrin bu qədər geniş və işıqlı olmasına heyranam. Çoxları bunu darıxdırıcı hesab edir, amma bir mühəndis kimi mənə bunun arxasında duran düşüncələri izləmək çox maraqlı gəlir”, – Maskın atası deyib.
O, həmçinin Suzdala heyran olduğunu bildirib və Cənubi Afrika və Qərb ölkələrində infrastrukturun vəziyyətini tənqid edərək, bununla bağlı tez-tez məyus olduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 22-də Errol Mask etiraf etmişdi ki, Rusiya bütün dünyanı qabaqlayır və irəliləyir.
Dəniz Pənahova
KONKRET.az
