“İlqar Məmmədovla eyni dairədən də deyil, niyə narahatdır?” – REAL-dan Elşad Musayevə SƏRT CAVABbackend

“İlqar Məmmədovla eyni dairədən də deyil, niyə narahatdır?” - REAL-dan Elşad Musayevə SƏRT CAVAB

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ReAL sədri İlqar Məmmədovun “bostanına daş atıb”.

O, İlqar Məmmədov haqqında bunları deyib:

“REAL sədri İlqar Məmmədov nə vaxt seçkilərdə heç olmasa 8-ci yeri tutub? Amma mən 5 dəfə 2-ci yer tutmuşam. Ona görə də hesab edirəm ki, bizim müqayisəmiz bir qədər qüsurludur”.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd olan Elşad Musayevin 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən iddialı olan İlqar Məmmədov barəsində belə bir fikir səsləndirməsi maraq doğurur.

Məsələ ilə bağlı REAL sədrinin mövqeyini öyrənə bilməsək də, partiyanın İcra Katibi Natiq Cəfərli KONKRET.az-a danışıb. O, Elşad Musayevin açıqlamasının başadüşülən olmadığını bildirib:

“Elşad müəllim seçkilərdə İlqar bəylə eyni dairədən namizəd deyil. Odur ki, onun belə bir açıqlama verməsi başadüşülən deyil. Gedib öz rəqibləri haqda danışsın. İkincisi, İlqar bəy REAL-a qədərki zaman kəsiyində də seçkilərdə mübarizə aparıb. Sonuncu dəfə 2010-cu ildə seçkilərdə iştirak edib və o zaman 2-ci olub. Həmçinin nəzərə almaq lazımdır ki, İlqar Məmmədov 6 il həbs həyatı yaşayıb. Bəlkə bunlar olmasaydı, o, qalib də gələ bilərdi. Bunları nəzərə almadan danışmaq doğru deyil. Dediyim kimi, Elşad müəllimin rəqibi olmayan biri haqda narahat olması başadüşülən deyil”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*