İmamoğlunun həbs müddəti uzadıldıbackend

İmamoğlunun həbs müddəti uzadıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun da daxil olduğu 31 nəfərlə bağlı aparılan maliyyə cinayətləri istintaqında məhkəmə həbslərin davamına qərar verib.

KONKRET.az xəbər verir ki, İstanbul Sülh Cinayət Hakimliyi aylıq həbs yoxlaması nəticəsində bu qərarı verib. Şübhəlilər “tenderə müdaxilə”, “mənimsəmə” və “ictimai vəsaitlərin qanunsuz istifadəsi” kimi ittihamlarla saxlanılıb.

Xatırladaq ki, İmamoğlu 2025-ci il martın 23-də həbs edilmiş və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Eyni istintaqa İBB-yə bağlı Medya A.Ş-nin rəhbəri Murat Ongun, Fatih Keleş, Buğra Gökçə, Ali Nuhoğlu və digər bələdiyyə təmsilçiləri də daxildir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*