Gənclər və İdman Nazirliyi “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
KONKRET.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, müqavilədə “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri isə 60,5 milyon manat müəyyənləşib.
Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçubaşovdur. O, 2021-ci ildən MMC-nin direktoru olaraq çalışır.
