İmişli rayon sakini bıçaqlanıb.
KONKRET.az-ın məlumatına görə, İmişli sakini, 1992-ci il təvəllüdlü İsrafilov Dilqəm Ağa oğlu münaqişə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. D.İsrafilov yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl rayon ərazisində daha iki bıçaqlanma hadisəsi qeydə alınıb. Gecə radələrində Çaxırlı kəndində bıçaqlanma nəticəsində həmin kəndin sakini həyatını itirib./apa