İmişlidə ferma yandı – YENİLƏNİBbackend

İmişlidə ferma yandı - YENİLƏNİB

Xəbər verildiyi kimi, İmişli rayonu, Xəlfəli kəndində ot tayasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 160kv.m. olan talvarın yanar konstruksiyaları və altına yığılmış 66 ton ot bağlamasının 26 tonu, ümumi sahəs 32kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.

Ot bağlamalarının böyük hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

***

İmişli rayonunda fermada yanğın olub.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Kənd sakini Rabil Əbişova məxsus fermer təsərrüfatında baş verən yanğın zamanı 1300 ədəd ot bağlaması və otun yığıldığı çardaq yanıb. Yanğın qısa müddətdə güclənib və yaxınlıqdakı tövləyə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*