İmişlidə yanacaqdaşıyan avtomobil aşdı: Xəsarət alanlar varbackend

İmişlidə yanacaqdaşıyan avtomobil aşdı: Xəsarət alanlar var

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*