“ABŞ bir ay ərzində İordan çayının qərb sahilinə kimin nəzarət edəcəyi ilə bağlı mövqeyini açıqlayacaq”.
KONKRET.az xəbər verir ki. bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ hökuməti qarşıdakı dörd həftə ərzində İordan çayının qərb sahilinin mülkiyyəti ilə bağlı mövqeyini açıqlamaq niyyətindədir.
“Biz bunu bir çox[İsrail nümayəndələri ilə müzakirə edirik. Onlar həmin ərazidə çox yaxşı təmsil olunurlar və insanlar ideyanı bəyənirlər. Amma biz hələ ki, bununla bağlı mövqe tutmamışıq. Lakin biz bu barədə növbəti dörd həftə ərzində açıqlama verəcəyik”, – Tramp İsrailin ərazilər üzərində suverenliyini tanıyıb-tanımayacağı ilə bağlı sualın cavabında vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az