İmzalar atıldı – “Rönesans Holding” dünyaca məşhur bankı alırbackend

İmzalar atıldı - “Rönesans Holding” dünyaca məşhur bankı alır

Fəxri prezidenti məşhur iş adamı Erman Ilıcak olan “Rönesans Holdinq” “Rabobank”ı satın alır. Tərəflər bütün səhmlərin təhvil verilməsi üçün müqavilə imzalayıblar. Köçürmə tənzimləyici orqanların təsdiqindən sonra həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, “Rönesans Holding” və “Rabobank International Holding” arasında imzalanan müqavilə ilə 2014-cü ildən Türkiyədə fəaliyyət göstərən və iri miqyaslı korporativ müştərilərə xidmət göstərən “Rabobank”ın bütün səhmləri şirkətə keçəcək.

İmzalar atıldı! Rönesans Holding, dünyaca ünlü bankayı satın alıyor - 1. Resim

İnşaat, enerji, səhiyyə, daşınmaz əmlak və sənaye sərmayələri ilə tanınan Rönesans Holding bununla maliyyə sektorunu da fəaliyyət sahələrinə əlavə edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*