“İndi Amerikanın qızıl dövrü başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq”.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.
O, ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.
“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, – ABŞ lideri qeyd edib.
Tramp bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır:
“Bizim suverenliyimiz bərpa olunacaq. Prioritet azad, firavan xalq yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”.