Samuxda “Ford ” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
KONKRET.az-ın məlumatına görə, qəza nəticəsində 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
K.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.//APA
