İndoneziyada daşqınlar: 13 nəfər həlak olubbackend

İndoneziyada daşqınlar: 13 nəfər həlak olub

 

İndoneziyanın Şimali Sumatra əyalətinin iki dairəsində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi əyalətin Təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin yumşaldılması idarəsinin nümayəndəsinə istinadən bildirib.

Məlumata görə, Deli Serdanq dairəsində sel suları dörd evi və məbəd binasını yuyub aparıb, nəticədə altı nəfər həlak olub, doqquz nəfər yaralanıb. Karo dairəsində yeddi nəfər ölüb və doqquz nəfər yaralanıb. Yaralılar yaxınlıkdakı xəstəxanalara yerləşdirilib.

İndoneziya Meteorologiya və Geofizika Agentliyi regionda yağıntıların normadan artıq intensivliyini proqnozlaşdıraraq ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunur ki, iqtidar orqanları zərər çəkmiş regionlara yardım göstərilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səy göstərir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*