İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti açıqlama yayıb.
Zəlzələnin episentrinin Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olduğu açıqlanıb.
Təxminən 162,5 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.
Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.