İngilis futbolçu oyun ərəfəsində öldürüldübackend

İngiltərənin “Metlok Taun” klubunun yarımmüdafiəçisi Cordan Sinnot öldürülüb.

KONKRET.az xəbər verir ki, 25 yaşlı futbolçu kütləvi davada aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Polisin məlumatına görə, Cordan Sinnot huşsuz vəziyyətdə tapılıb. Bundan əvvəl isə barlardan birində 8 kişi və 1 qadının iştirak etdiyi dava olub. Cordan Sinnot kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı kişi saxlanılıb.

Qeyd edək ki, Cordan Sinnot “Alfreton Taun” klubuna məxsus olsa da, icarə əsasında “Metlok Taun”da çıxış edib. Klub İngiltərənin çempionatının 8-ci divizionunun təmsilçisidi. Futbolçunun ölümündən sonra komanda planlaşdırılmış matçı ləğv edib.

Qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*