İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Altay Bayındırla yollarını ayırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” qış transfer dönəmində 26 yaşlı qolkiper üçün gələcək təklifləri nəzərdən keçirəcək. Klub kamerunlu Andre Onana ilə rəqabət apara biləcək oyunçu almaq niyyətindədir.
Qeyd edək ki, 2023-cü ildə “Mançester Yunayted”ə keçən türkiyəli qapıçı komandanın heyətində üç oyunda meydana çıxıb.