İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşdibackend

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşdi

Məşhur “FourFourTwo” portalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçilərinin reytinqini tərtib edib.

KONKRET.az xəbər verir ki, siyahıya “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Rio Ferdinand başçılıq edir.

İkinci yerdə Eşli Koul (“Çelsi”, “Arsenal”) qərarlaşıb. Vircil Van Deyk (“Liverpul”, “Sauthempton”) ilk “3-lüy”ü tamamlayır.

İlk “10-luq”da həmçinin Con Terri (“Çelsi”), Kayl Uolker (“Mançester Siti”, “Tottenhem”, “Aston Villa”), Vensan Kompani (“Mançester Siti”), Nemanya Vidiç (“Mançester Yunayted”), Toni Adams (“Arsenal”), Sol Kempbell (“Tottenhem”, “Arsenal”, “Portsmut, “Nyukasl”) və Qari Nevill (“Mançester Yunayted”) yer alıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*