Son bir gündə İngiltərədə yeni mutasiya olunmuş koronavirusa yoluxma 35.9 minə çatıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir. Son bir gündə ölkədə 326 nəfər ölüb. Ümumilikdə İngiltərədə pandemiya dövründə 67,4 min insanı COVID19-dan həyatlarını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə ingilis mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, “Avropada İtaliyadan sonra pandemiyadan ölənlərin sayına görə İngiltərə ikinci yerdədir. Ümumilkdə isə bu günədək ölkə əhalisinin 2 milyon 4 mini koronavirusa yoluxub. Son bir həftədə ölkədə yoluxma hadisələrinin sayı 51 faiz artıb.
COVID-19-a yoluxmaların artmasını Krallığın Səhiyyə Nazirliyinin rəhbəri Matt Hankok müəyyən edilmiş yeni bir mutant koronavirusun müəyyənləşdirilməsi ilə əlaqəli olduğunu bildirib. Yeni yoluxanların təxminən 60% -i mutant koronavirusa yoluxanlardır.
KONKRET.az