“İnsanlara deyə bilməzsən ki, Azərbaycanda qal, 800 manata işlə“ – Ekspertbackend

“İnsanlara deyə bilməzsən ki, Azərbaycanda qal, 800 manata işlə“ - Ekspert

“İşçi qüvvəsinə malik olan, əmək qabiliyyətli, intellektual olanlar xaricə köçür. Bu hamını narahat edən məsələdir, amma qarşısını da almaq çətindir. İnsanlara deyə bilməzsən ki, sən qal Azərbaycanda və 800 manata işlə”.

KONKRET.az xəbər verir ki, bu sözləri Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli avtobus sürücülərinin Azərbaycanı tərk edib Polşaya üz tutmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, bu gün ölkəni tərk edən təkcə avtobus sürücüləri deyil, həm də proqramçılar, həkimlər, hətta iş adamları da var:

“Onlar ölkənin inkişafına səbəb olub, şirkət yaradıb biznes qura bilərlər. Amma Amerika və Avropaya üz tuturlar, daha yüksək məvacibə işləyirlər. İtirənsə bizik”.

Xalid Kərimli vurğulayıb ki, ölkə həmin insanların yetişdirilməsinə pul xərcləyir, amma digər ölkələrin inkişafına yardım etmiş görünür:

“Kasıb ölkələrin daha da kasıb qalma səbəblərindən biri də budur. Səbəbindən asılı olmayaraq, çox ciddi problemdir. Azərbaycandan xaricə işləməyə gedənlərlə bağlı statistikanı bizimkilər açıqlamır ki, ölkədən gedən beyin axını nə qədərdir. Amma belə deyirlər ki, xarici ölkələrdən gələnlərin sayı daha çox olur. Azərbaycandan gedənlər məhz həmin ölkələrin bazarında yer tuta biləcək gənclərdir. Bu baxımdan belə beyin köçü Azərbaycanın xeyrinə işləmir”.

İqtisadçı qeyd edir ki, cəmiyyəti narahat edən yüksək dərin ixtisasa malik, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ölkəni tərk etməsidir:

“Bunun qarşısını almaq üçün ölkə inkişaf etməlidir”.

  • Rəfael
    Oktyabr 29, 2023 - 15:16

    Belə şeyləri oxuyanda adam hövsələdən çıxır.
    İnsanın yetişdirilməsi üçün hansı xərci çəkirsiniz. Məktəbin adı var, repetitorsuz təhsil yoxdur, səhiyyənin adı var, pulsuz ölsən də yaxın durmazlar.
    Dövlət qurumları, güc strukturları korrupsiya içində boğulur. Siz nədən danışırsız. İmkanı olan qaçır.

  • Sadə insan
    Oktyabr 29, 2023 - 16:23

    Biri mən. Illərlə aptek işlətmişəm. Bir gün narkobiznez, bir gün vergi, bir gün qida agentliyi, səhiyyə nazirliyi analitik ekspertiza mərkəzi və nəhayət bandotdel. Sonuncusu vurmur, öldürür. Bu ölkə bu qurumlarla düzəlməz. Mən canımı qurtardım. Geridə qalanların Allah köməyi olsun. Yuxarıda oturanlar yaxşı bilirlər vəziyyəti

  • Əlizamin
    Oktyabr 30, 2023 - 01:44

    Ağıllı və imkanı çatan insanlar təbii ki, Azərbaycan kimi bir dövlətdə qalmaz. Çünki rüşvətsiz ölkəyə mal gətirmək, rüşvətsiz satış etmək və qazandığın pulu rüşvətsiz istifadə etmək mümkün deyil. Üstəgəl hədsiz gömrük rüsumu, Azərbaycanın qanuni mafiyasının özbaşına, soyğunçu hərəkətləri sahibkarları boğaza yığıb. Hələ mən bəzilərinin tutduğu iradları demirəm. Birdə ki, hansı xərci çəkirsiniz bizim üçün?? İxtira edilən şeyləri də oğurlayıb öz adına çıxan “ALİM”ləri demirəm hələ. Deyiləsi çox söz var, amma deyənində dilini elə kəsirlər ki, danışmaq olmur. Nə isə…

  • Emin
    Oktyabr 30, 2023 - 02:12

    İşlədiyim muessede teze direktor gəldi 63 yaxın işçini direktor işdən çıxartdı öz adamların gətirdi heç bir qurum müdaxilə edə bilmədi Bütün qapılari doyduk səsimizə səs verən olmadı İş üçün axtarmadiqim doymediyim qapıi qalmadı isə goturmediler adamın yox idi məcbur qalıb mesqulluqa getdim 250. 300 manatlıq iş təklif elədi o pulnan necə dolanmaq olar? Rasiyadan iş təklifi gəldi işləyirəm işimdə yaxidi maaşda yüksək Bakıda batıb gedirdim İnkişaf yoxdu kasıbı əzirlər çətinlik di orda yaşamaq

  • Xəyyam
    Oktyabr 30, 2023 - 02:25

    Neft qaz emalı mühəndisi ixtisası almış oğlum 2 dəfə socara imtahan verdi kecdi lakin vakans yerlər məhduddur cavabı aldı.Burda işləmək həvəsi yox etdilər. 560 balla təsil göstəricisi,iki dil bilir ingilis və alman bu göstəricilərdədir.Niyə bizim evladlarımız xaricə üz tutmalıdır?Neft ölkəmizdə bu sahə üzrə iş tapmaması gülüncdür.

Xəyyam üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*